EN

Yan Vertongen Belçika yığmasında çıxışını başa vurdu

Belçika yığmasının veteran mərkəz yarımmüdafiəçisi Yan Vertongen “qırmızı şeytanlar”ın heyətində çıxışını başa vurub.

Arena.az bu barədə Belçika yığmasının mətbuat xidmətinə istinadən məlumat verir:

“Məşq meydançasında və meydanda bizə əsl “qırmızı şeytan” olmağın nə demək olduğunu göstərdin. Sənin üçün darıxacağıq, Yan!” – Belçika yığmasının mətbuat xidmətinin rəsmi “X” sosial şəbəkə hesabı üzrəindən paylaşdığı müvafiq ismarışında deyilir.

Yan Vertongen futbola “Beersxot” klubunda qədəm qoyub. Buradan Niderland nəhəngi “Ayaks”ın məşhur futbol akademiyasına yol tapmış müdafiəçi, Amsterdan təmsilçisinin heyətində böyük futbolda debüt edib. Vertongen karyerası ərzində “Valveyk”, “Tottenhem”, “Benfika” və “Anderlext”də çıxış edib.

Sonuncu iş yeri olan “Anderlext” Vertongeni 2022-ci ilin sentyabrında “Benfika”dan azad agent qismində düşərgəsinə qatıb. Vertongenin Belçika nəhəngi ilə müqaviləsi cari ilin iyul ayının 1-də başa çatıb. Veteran futbolçu hazırda azad agentdir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Vertongen “Anderlext”in heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Yan Vertongen 2007-ci ilin iyununda debüt etdiyi Belçika yığmasının heyətində 157 oyuna çıxıb, 10 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Yan Vertongenin qənimətlər muzeyində “Ayaks”la qazandığı Niderland çempionluğu (2010/2011 və 2011/2012) və Niderland Kuboku (2006/2007 və 2009/2010) var. Fərdi mükafatlara gəlincə, Yan Vertongen 2012-ci ildə Niderlandda ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 37 yaşlı belçkalı yarımmüdafiəçinin transfer dəyərini 1,50 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
arena.az

1Sources