EN

Komaya düşən meyxanaçı ilə bağlı RƏSMİ AÇIQLAMA

İyulun 5-i saat 04:55-də Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Elnur Aydın oğlu Əskərov dəqiqləşdirilməmiş koma, hemoragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

"Xəstəyə zəruri ilkin tibbi xidmət göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd edək ki, xəstə 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alır", - deyə məlumatda qeyd olunur.

Bizim.Media

Chosen
21
14
bizim.media

10Sources