EN

Borrel Orbanı Şuşaya səfərinə görə tənqid edib

Avropa İttifaqının (Aİ) xarici siyasət şöbəsinin rəhbəri Josep Borrell Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının sammitinə səfərinə görə tənqid edib.Elchi.az TASS – a istinadən xəbər verir ki, macar lideri Aİ-ni təmsil etmək mandatı almayıb.“Viktor Orban Aİ-dən onu Türk Dövlətləri Təşkilatının sammitində təmsil etmək üçün mandat almayıb. Aİ Kipr türk separatçı qurumunu legitimləşdirmək cəhdlərini rədd edir və yalnız Kipr Respublikasını tanıyır”, – deyə Borrell Şimali Kipr Türk Respublikasının üzvlüyünü diqqət çəkib.Səfəri zamanı Orban minlərlə insana regionda sülh şəraitində yaşamaq imkanı verdiyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib və Avropada da belə imkanın olacağına ümid etdiyini bildirib.
Havar Şəfiyeva

Chosen
64
elchi.az

1Sources