EN

Xames Rodriqes Messinin nailiyyətini təkrarladı

Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqes Amerika Kubokunun 1/4 finalında Panama ilə oyunda (5:0) ən yaxşı oyunçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu, Xames üçün cari turnirdə üçüncü belə mükafatdır. Əvvəllər o, Paraqvay və Braziliya ilə qrup mərhələsinin oyunlarında ən yaxşısı kimi tanınıb. Ümumilikdə pleymeykerin cari turnirdə 1 qol və 5 məhsuldar ötürməsi var.

Futbolçu penaltidən qol vurub və iki məhsuldar ötürmə verib.

Daha əvvəl Amerika Kubokunda üç futbolçu buna nail olub. 1997-ci ildə braziliyalı Denilson, 2004-cü ildə onun həmyerlisi Aleks, 2021-ci ildə isə argentinalı Lionel Messi beş məhsuldar ötürmə ilə yadda qalıb.

32 yaşlı Rodriges hazırda braziliyalı "San Paulo"da çıxış edir. Xatırladaq ki, 2014-cü ildə futbolçu dünya çempionatının bombardiri olub.

Chosen
24
90deqiqe.az

1Sources