EN

Lubeni Haukonqo “Şamaxı”da - Rəsmi

Futbol üzrə Namibiya milli komandasının mərkəz müdafiəçisi Lubeni Haukonqo bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Klub son olaraq müdafiəçi Lubeni Haukonqonu heyətinə qatıb. Namibiya millisinin üzvü olan mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçunun sonuncu iş yeri Cənubi Afrika Respublikasının “Keyp Taun Spurs” klubu olub.

Lubeni Haukonqo 2021-ci ildən Namibiya millisinə dəvət alır. “Şamaxı”nın yeni legioneri yığma komandada 7 oyuna çıxıb.

“Şamaxı” daha öncə Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”), Rauf Rüstəmli (“Sabah”, icarə), Belaydi Pusi (“Turan Tovuz”), Brahim Konate (“Hapoel”, Afula, İsrail), Georgi Kantariya (“Nejmeh”, Livan), Rikardo Fernandes (“Torreense”, Portuqaliya) və Kamal Bayramovu (“Turan Tovuz”) da heyətinə qatmışdı. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də “Şamaxı”ya qayıdıb.

Səbayıl Bağırov, Abdulla Seydəhmədov, Emin Zamanov və Sahib Həsənovla da yeni müqavilə imzalanıb. Sahib Həsənov yeni müqavilə bağladıqdan sonra “Difau Ağsu”ya icarəyə verilib. Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov və Kənan Quliyev isə “Şamaxı”nı tərk ediblər.

Chosen
121
2
arena.az

4Sources