EN

Taxıl anbarının qarajında yanğın olub, yük maşını, ehtiyat hissələri yanıb

Beyləqan rayonunun Xaçınabad kəndində taxıl anbarının ərazisində ümumi sahəsi 300 m² olan qarajın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və “КамАЗ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, anbar yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 7 İyul 2024, 15:23   
Chosen
42
19
pravda.az

10Sources