EN

Vüsal İsgəndərlinin sabiq komanda yoldaşı "Sumqayıt"da – VİDEO

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.

Prosport.Az xəbər verir ki, UEFA Avropa Konfrans Liqasında çıxış edəcək komanda son mövsümü Albaniya “Eqnatiya”sında Vüsal İsgəndərli ilə komanda yoldaşı olmuş Fernandu Medeyrusla 2+1 illik müqavilə imzalayıb. 28 yaşlı futbolçu dayaq yarımmüdafiəçisi olsa da, yeni komandasında “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Braziliyanın “Santus” klubunun yetirməsi olan Fernandu Medeyrus karyerası boyunca bu klubla yanaşı “Botafoqu”, “Vila Nova”, “Baia”, “Portimonensi”, “Eqnatiya” kimi klubların şərəfini qoruyub.

Chosen
54
prosport.az

1Sources