1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Los-Anceles Leykers" NBA klubu 39 yaşlı hücumçu LeBron Ceymsin müqaviləsini uzaddığını açıqlayıb.
Yeni müqavilənin təfərrüatı rəsmi olaraq bildirilməyib.
Xarici mətbuatın yazdığına görə, müqavilə iki illikdir və bu müddət ərzində basketbolçu 101,355 milyon dollar qazanacaq.
Qeyd edək ki, LeBron Ceyms NBA tarixində ən çox top atan oyunçu və karyerasında 40 mindən çox xal toplayan ilk oyunçudur.
Mənbə: championat.com