EN

Ərdoğan matçı stadiondan izləyir - Foto

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan AVRO-2024-ün 1/4 final mərhələsində Türkiyə Milli Futbol Komandası ilə Niderland Milli Komandası arasında keçirilən oyuna baxmaq üçün Berlinə gedib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, hazırda matçı stadiondan izləyir.

Qeyd edək ki, Prezident Ərdoğanla birlikdə xanımı Əminə Ərdoğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri səfir Akif Çağatay Kılıç və kommunikasiyalar üzrə vitse-prezident Çağatay Özdəmir də Almaniyaya səfər edib.


Chosen
88
8
qafqazinfo.az

10Sources