EN

"Formula 1" üzrə Böyük Britaniya Qran-prisində sıralama turunun qalibi müəyyənləşib

"Formula 1" üzrə Böyük Britaniya Qran-prisində sıralama turunun qalibi müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, Silverston trekində baş tutan yarışda “Mersedes”in pilotu Corc Rassel finiş xəttinə hamıdan birinci çatıb.
 
“Mersedes”in digər üzvü Luis Hemilton ikinci, “Maklaren”dən Lando Norris üçüncü yeri tutub.
 
Qeyd edək ki, əsas yarış iyulun 7-də baş tutacaq.
Chosen
104
10
moderator.az

10Sources