AVRO-2024-ün 1/4 finalında Türkiyə Niderlandla üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, "ay-ulduzlular" bu matça ciddi itkilərlə çıxacaq.
İsmail Yüksek və Orkun Kökçü kart cəzası səbəbindən bu matçı buraxacaq. Digər tərəfdən isə, UEFA Merih Demiralın iki oyunluq cəzalandığını açıqlayıb.
Hollandiya - Türkiyə matçını Klement Turpin idarə edəcək.
AVRO-2024
1/4 final
6 iyul
23:00. Niderland - Türkiyə
Türkiyə:
Mert Günok, Mert Müldür, Samet Akaydın, Abdülkerim Bardakçı, Ferdi Kadıoğlu, Okay Yokuşlu, Kaan Ayhan, Hakan Çalxanoğlu, Kenan Yıldız, Arda Güler, Barış Alper.
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya stadionu.