“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki cavab oyununun vaxtı məlum olub.

Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma iyulun 30-da Bakıda baş tutacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək. Ağdam təmsilçisi ilk oyunu səfərdə keçirəcək.

“Qarabağ” bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.