EN

Ranyerini əvəzləyəcək mütəxəssisin adı açıqlandı

İtaliyanın “Kalyari” klubunda baş məşqçi təyinatı reallaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə açıqlama yayıb.

Klaudio Ranyerinin gedişindən sonra vakant olan posta Davide Nikola gətirilib. 51 yaşlı çalışdırıcının əvvəlki iş yeri “Empoli” olub. “Kalyari” onunla 2026-cı ilin ortalarına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Klaudio Ranyeri 2023/24 mövsümünün sonunda “Kalyari”ni tərk edib. Komanda İtaliya çempionatının son mövsümünü 16-cı pillədə başa vurub.

Mirağa

Chosen
77
fanat.az

1Sources