EN

İranda prezident vəzifəsinin icrasına başlama prosedurunu müzakirə edilib

Məsud Pezeşkiyanın İran prezidenti kimi andiçmə mərasimi və yeni hökumətin təyinatı yaxın vaxtlarda baş tutacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu respublikanın daxili işlər naziri Əhməd Vahidi bildirib.

Vahidi yeni prezidentin vəzifəyə başlaması prosedurunun təfərrüatlarına da aydınlıq gətirib. Onun sözlərinə görə, Müşahidə Şurası (seçkilərə nəzarət edən parlamentin ən yüksək palatası) prezident seçkilərinin keçiriləcəyini təsdiqlədikdən sonra İranın ali lideri Əli Xamneyiyə göndərilən məktubda son nəticədə hansı namizədin seçildiyi açıqlanacaq.

Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, məktub Xamneyi tərəfindən təsdiq edildikdən sonra parlamentdə seçilmiş prezidentin andiçmə mərasimi keçiriləcək. Daha sonra yeni prezident yeni Nazirlər Kabinetini təyin edəcək.

Chosen
90
operativmm.az

1Sources