EN

İlham Əliyev qolu, Türkiyə-Niderland qarşılaşması...

UEFA Türkiyə milllisinin 26 yaşlı yarımmüdafiəçisi Merih Demiralı "Boz qurd" işarəsi göstərdiyinə, əslində isə Avstriya millisinin qapısına iki qol vurduğuna görə cəzalandırdı.
 

Cəza ona deyil, bütöv Türkiyə millisinə idi.
 

Bir anlıq təsəvvür edin, Türkiyə-Avstriya qarşılaşmasında Türkiyə uduzur, Merih Demiral "Boz qurd" işarəsi göstərir və UEFA onu cəzalandırır.

Demiral nəinki "Boz qurd" işarəsi göstərsə, hətta nə etsəydi belə, UEFA-nın diqqətini çəkməyəcəkdi.

Demək ki, Türkiyə millisinin uğurunu ona bağışlamadılar.


UEFA rəhbərlərinə çox sadə sual:

Meydana girən bir çox oyunçular xaç işarəsi göstərirlər, onlara niyə gözün üstə gözün var demirlər?

Biz o işarəni xaç yürüşü kimi qəbul edirik, niyə yasaq qərarı vermirlər?


Bəli, kimsəyə sirr deyil, futbol çoxdan siyasiləşib. Daha futbolu meydandakı deyil, siyasi hakimlər idarə edir. Nəticəyə meydandakı hakim müdaxilə etmək gücündə olmayanda, siyasi hakim ortaya çıxır və öz qərarını verir.

Qərar verir ki, bu gün Türkiyə-Niderland qarşılaşmasında Merih Demiral meydana çıxmasın.


Azərbaycan düz 30 il bu siyasi hakimlərin Allahsız qərarlarının əzabını çəkdi.

Torpaqlarımız işğal olundu, bu hakimlər başımızı sığalladı, bizi yuxuya vermək istədilər, Xocalıda soyqırımı törədildi, Ağdabanda azərbaycanlılar diri-diri torpağa basdırıldı, yandırıldı, bu hakimlər isə dəhşətləri gözməzdən gəldilər, qəbiristanlıqlar, tarixi abidələr yerlə-yeksan edildi, dilsiz, ağızsız heyvanlar güllələndi, bu hakimlər heç nə olmayıbmış kimi davrandılar.


Azərbaycan Prezidenti səbrlə davrandı, hər dəfə Ermənistanın rəhbərləri ilə görüşəndə nələr çəkdiyini hərəkətlərindən, üz mimkasından hiss edirdik.

Bu hakimlər isə öz işlərində idilər.



Sonda İlham Əliyev gördü ki, bu hakimlərdən bizə qarşı nəinki haqlı yanaşma olacaq, tam əksinə, onlar bizim varlığımızın yox olmasını istəyirlər.

ATƏT-in Minsk qrupu bu missiyanın görünən tərəfi idi.


Və nəhayət, İlham Əliyev bu haqsızlıqlara dözmədi, qılıncını çəkdi, döyüş meydanına çıxdı, həyatını təhlükəyə atdı, xalqı başına topladı, torpaqlarımızı işğaldan azad etdi.

Şuşanı, Xankəndini, Kəlbəcəri, Laçını Azərbaycana qaytardı.

Bu dəfə o hakimlər Fransa, Niderland, Avropa Şurası və s. bu kimi yaramaz qüvvələrin timsalında ortada göründülər.

Torpaqlarımızın işğaldan azd edilməsinə, insanların öz ata-baba torpaqlarına qayıtmasına açıq etiraz etdilər, bizə qarşı hər cür iyrənc addımlar atdılar.

Tarixi Generalımız Hikmət Mirzəyevə sanksiya tətbiq etdilər. Generalın suçu bilirsiniz nə idi, Ali Baş Komandanın əmrində olmaq, torpaqlarımızı işğaldan azad edən dünyanın ən güclü əsgərini hazırlamaq...


Amma nə edirlər, etsinlər, Ali Baş Komandanın siyasi qolu bizə qarşı olan dünyanı nokauta saldı.

İstəsələr də, istəməsələr də bu qolu qəbul edirlər.

DƏMİR YUMRUQ tarixə İlham Əliyev qolu kimi əbədi olaraq yazıldı.


Bütün bunlar onu göstərir ki, sənlə düşmənçilik edənləri ancaq nakauta salmalısan.

Yoxsa dediyimiz hakimlər bir bəhanə tapıb səni uduzdurmaqda davam edəcəklər.

Bəli, qolu İlham Əliyev kimi vurmalısan.

MƏHZ İLHAM ƏLİYEV QOLU...

BU QOL TÜRK DÜNYASINI OYATDI...

BU QOL AZƏRBAYCANI BÜTÜN DÜNYAYA QALİB KİMİ TƏQDİM ETDİ...

BU QOL VƏTƏNİ NECƏ SEVMƏYİN İLHAM ƏLİYEV NÜMUNƏSİNİ ORTAYA QOYDU...

BU QOL KEÇMİŞİMİZİ ÖZÜMÜZƏ QAYTARDI, GƏLƏCƏYİMİZİ GÖSTƏRDİ...


Axşam Türkiyə millisi Niderlandla qarşılaşacaq.

Azərbaycan Prezidenti öz X hesabında Türkiyə millisinə uğurlar arzulayıb.

Biz də QARDAŞLARIMIZA İLHAM ƏLİYEV QOLU ARZULAYIRIQ...

Chosen
147
3
modern.az

4Sources