Bakıda oğurluq hadisəsi baş verib.
AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, hadisə iyulun 5-də S.Bəhlulzadə küçəsində qeydə alınıb.
Belə ki, küçədən moped oğurlamaqda şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.