EN

İran prezidentinin azərbaycanlı olması Ermənistanda təşviş yaratdı

İranda növbədənkənar prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb. İslahatçı namizəd, keçmiş səhiyyə naziri Məsud Pezeşkian 16,384 milyon (53,6 faiz) səslə İranın 9-cu prezidenti seçilib. Maraqlıdır ki, Məsudun seçkilərdə qalib gəlməsi Ermənistan cəmiyyətində birmənalı qaşılanmayıb. Onun azərbaycanlı olması erməni ziyalılar, siyasətçi və jurnalistlərdə müəyyən mənada qorxu yaradıb.

Politoloq Suren Surenyants bununla bağlı "Mamul"a verdiyi açıqlamada cəmiyyətin təşvişə düşməsinə ehtiyac olmadığını deyib: “Atası azərbaycanlı, anası isə kürd olan, islahatçı hesab edilən Məsud Pezeşkian İran prezidenti seçildi. Məncə, Pezeşkianın islahatçı xarakteri və etnik mənsubiyyəti Ermənistanda bundan sonra müəyyən müzakirələrə səbəb olacaq. Amma İranda islahatçı olmaq Ali Rəhbərə qarşı olmaq və ya klassik mənada İslam Respublikasının konstitusiya quruluşuna meydan oxuyacaq islahatların tərəfdarı olmaq demək deyil. Pezeşkian ruhani liderə sadiq və sədaqətli insandır, əks halda onun seçkilərdə iştirakı təmin olunmazdı.

Qlobal mənada İranın strateji kursu Ali Rəhbərin məsuliyyət dairəsində olduğu üçün kurs dəyişməyəcək. Təbii ki, islahatçı prezidentin hakimiyyəti dövründə Qərblə münasibətlərdə və ölkənin daxili həyatında müəyyən mənada “qarların əriməsi” müşahidə oluna bilər.

Pezeşkiyanın Azərbaycan əsilli olması onun siyasəti üçün həlledici ola bilməz. Çünki “imperiyaların” yüksək rütbəli məmurların etnik və ya dini mənşəyinə görə ciddi dəyişikliyə məruz qalmayan öz uzunmüddətli strateji siyasətləri olur”.

Tural

News365.az

 


Chosen
96
news365.az

1Sources