EN

AÇ-2024: Mbappe əvəzlənməsinin səbəbini açıqladı

Fransa millisinin hücumçusu Kilian Mbappe 2024-cü il Avropa çempionatının 1/4 finalında Portuqaliyaya qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlama verib.



Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı futbolçu əsas vaxtın sonunda baş məşqçi Didye Deşamla danışdığını və davam etmək qərarına gəldiklərini bildirib:



“Niyə məni əlavə vaxtda əvəz etdilər? Əsas vaxtın sonunda Deşamla danışdım və davam etmək qərarına gəldik. Ancaq ilk əlavə vaxtdan sonra ona özümü yaxşı hiss etmədiyimi və çox yorğun olduğumu söylədim. Bundan sonra məni əvəz etdilər”.



Qarşılaşmanın əsas vaxtı və uzatma dəqiqələri 0:0 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında fransalı futbolçular daha dəqiq olub – 5:3. Didye Deşamın komandası İspaniya ilə qarşılaşacağı Avropa çempionatının yarımfinala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərfransa mbappe

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
komanda.az

1Sources