Buryatiya hökuməti meşə yanğınları ilə əlaqədar regional fövqəladə vəziyyət elan edib.
“Yanğınlarla əlaqədar Buryatiyada regional fövqəladə vəziyyət rejimi tətbiq edilib”, – deyə vilayət hökumətinin saytında bildirilir.
Aydınlaşdırılır ki, yanğın mövsümü başlayandan rayonda 113 min 259 hektar ərazini əhatə edən 270-dən çox yanğın hadisəsi qeydə alınıb.
Bundan əvvəl Yakutiyada meşə yanğınları ilə əlaqədar federal fövqəladə vəziyyət tətbiq edilmişdi.
Mənbə RİA Novosti