ABŞ-də təşkil olunan Amerika Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib.
Bakıvaxtı.az xəbər verir ki, 1/4 finalda Venesuela millisi Kanada ilə qarşılaşıb.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında Kanada millisi üstün olub - 4:3. Beləliklə, Kanada yarımfinalda Argentina millisinə rəqib olub.
Qeyd edək ki, Argentina - Kanada matçı iyulun 9-da keçiriləcək.