EN

İranda səsvermə başa çatdı - Fotolar+Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir. İkinci turda İranın Ali liderinin respublikanın Milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparır.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, ölkədə 61 milyondan çox iranlı səsvermə hüququna malikdir.

Onlardan 18 milyonu 18 və 30 yaş aralığındadır. 

Seçkilər rəsmi olaraq yerli vaxtla 18:00-da başa çatmalı olsa da, səsvermə gecə yarısına qədər uzadıla bilər.

***

İranda növbədənkənar prezident seçkilərində səsvermə üçün seçki məntəqələrinin iş vaxtı yerli vaxtla saat 22:00-a qədər uzadılıb.

Bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

***

Seçki Qərargahının nümayəndəsi Möhsün Eslaminin açıqlayıb ki, İranda səsvermə prosesi başa çatıb.













Chosen
34
3
qafqazinfo.az

4Sources