Azərbaycan Xalça Muzeyinin "Sair torpaq tikili, maşın və avadanlıqlar, qeyri-maddi aktivlərin alınması və quraşdırılması xidmətlərnin satınalınması " ilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.az xəbər verir ki, tenderin qalibi "BEST TELEKOM" MMC olub. Tərəflər arasında 146.334,16 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Əldə etdiyimiz məlumata görə, sözügedən MMC-nin dövlətə vergi borcu hazırda 32186.96 AZN təşkil edir.
Bubdan 4 gün öncə sozugedən şirkət “Bakı Metropoliteni” QSC-nin istismarında olan rabitə avadanlıqları üçün ehtiyat hissələrinin və aksesuarlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi olub. Yaxın zamanda tərəflər arasında 2.424.897,64 AZN-lik müqaviləyə imza atılacağı gözlənilir.
Bildirək ki, nizmanamə kapitalı 1000 AZN olan "BEST TELEKOM" MMC-nin qanuni təmsilçisi AQŞİN QASIMOV ƏLÖVSƏT oğludur.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
Ayxan