EN

Bayden Trampla debatdan sonra müayinədən keçib

ABŞ Prezidenti Co Bayden demokrat qubernatorlarla Ağ Evdə qapalı görüş zamanı uğursuz televiziya debatından sonra tibbi müayinədən keçdiyini açıqlayıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.

 

Xatırladaq ki, teledebat qarşıdan gələn prezident seçkilərinin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Baydenin qarşıdan gələn seçki kampaniyasında əsas rəqibi olan Respublikaçı namizəd, keçmiş prezident Donald Trampla baş tutub.

 

Bayden xüsusi olaraq bildirib ki, o, tibbi müayinədən keçib və özünü yaxşı hiss edir. Nəşr qeyd edir ki, ABŞ-nin hazırkı prezidenti çox güman ki, soyuqdəymə əlamətlərinə görə keçdiyi qısamüddətli tibbi müayinəni nəzərdə tutub. Heç bir ciddi tibbi müayinə nəzərdə tutulmur.

 

İnci

Chosen
40
sfera.az

1Sources