EN

İspaniya Almaniyaya qalib gəldi, yarımfinala yüksəldi

Avro-2024-ün 1/4 finalında bu gün keçiriləcək İspaniya - Almaniya oyunu üçün start heyətlər bəlli olub.

Turkustan.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

İspaniya : Simon, Karvahal, Le Norman, Kukurelya, Laport, Ruis, Rodri, Pedri, Yamal, Morata, Uilyams.

Almaniya : Noyer, Rudiqer, Raum, Ta, Kimmix, Havertz, Kroos, Musiala, Sane, Gündoğan, Can.

***

İspaniya - Almaniya qarşılaşması start götürdü.

***

Olmo 52-ci dəqiqədə İspaniya millisini hesabda önə keçirdi: 1-0.

***

Matçın 89-cu dəqiqəsində Virtz Almaniyanın bərabərlik qolunu vurdu: 1-1.

***

90 dəqiqə ərzində qalib müəyyənləşmədiyi üçün əlavə 30 dəqiqə oynanılır.

***

Merino 119-cu dəqiqədə İspaniyanı hesabda yenidən önə keçirdi: 2-1.

***

Matçın son dəqiqələrdində İspaniya millisi Karvahalın qırmızı vərəqə alması ilə azdlıqda qaldı.

***

İspaniya millisi Almaniyanı 2-1 məğlub edərək yarımfinala yüksəldi./axar.az/

Chosen
67
1
turkustan.az

2Sources