EN

Təqdimata sayılı günlər qalmış CMF Phone 1 smartfonu Geekbench testlərindən keçib

     Təqdimata sayılı günlər qalmış Nothing şirkətinin CMF subbrendinin ilk smartfonu olacaq CMF Phone 1-in Geekbench testlərindən keçdiyi məlum olub. Geekbench testləri bir daha təsdiqləyiblər ki, sözügedən smartfon MediaTek Dimensity 7300 5G prosessoru vasitəsilə çalışacaq. Şirkət bunu rəsmi şəkildə artıq təsdiqləyib. Geekbench testlərindən smartfonun 6 GB RAM-a sahib versiyası keçib. Lakin qeyd etmək lazımdır ki, CMF Phone 1-in 8 GB RAM-a sahib versiyası da olacaq. Geekbench-ə əsasən smartfon qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1016 xal, çox nüvəli testi çərçivəsində isə 2630 xal toplayıb. CMF Phone 1-in təqdimatı 8 iyul tarixində baş tutacaq.

Chosen
99
technote.az

1Sources