EN

Macarıstanın baş naziri Moskvaya gedir

Avropa Birliyinə sədrlik edən Macarıstanın baş naziri Viktor Orban, AB-nin reaksiyalarına baxmayaraq, Rusiyanın paytaxtı Moskvaya səfər edəcəyini açıqlayıb.

BiG.AZ xəbər verir ki, Orbanın iyulun 2-də Kiyev səfərindən sonra da Moskvaya gedəcəyi ilə bağlı iddialar dünən mətbuatda yer alıb.

Orban ​​məqsədinin yalnız sülhə doğru ilk addımların atılmasına xidmət etmək olduğunu bildirib. Orban Rusiyaya səfər edib prezident Vladimir Putinlə görüşəcəyi ilə bağlı iddialara aydınlıq gətirməyib.


BiG.Az
Chosen
99
2
big.az

3Sources