EN

Mbappe: “Kriştiano Ronaldo əfsanədir, lakin...”

Fransa millisinin kapitanı Kilian Mbappe 2024-cü il Avropa çempionatının 1/4 finalında Portuqaliya ilə oyundan gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu barədə UEFA-nın rəsmi saytına danışıb. “Kriştiano Ronaldo əfsanədir, lakin biz təhlükəli olan digər oyunçuları da unutmamalıyıq. Biz sadəcə bir nəfərə deyil, bütün portuqaliyalı oyunçulara diqqət yetirməliyik. Yaxşı oyunçulara məhəl qoymayanda, bu, baha başa gəlir. Mən yüz faiz hazır olduğumu düşünmürəm. Bəhanə gətirən biri deyiləm, amma həqiqətən formada və sürətli olmaq üçün yaxşı fiziki hazırlığa ehtiyacım var, bu yay klubumda bunu edəcəm. Amma bu, 1/4 finaldır və komandama kömək etmək üçün əlimdən gələni etməyə hazıram. Biz Avropa çempionu ola bilərik və mən digər uşaqlarla birlikdə bu fürsətdən istifadə etmək istəyirəm. Bizim Avropa çempionu olmaq ambisiyalarımız var, amma əvvəlcə yarımfinala yüksəlməliyik. Çox böyük komandaya qarşı matçda böyük addım atmalıyıq. Hazırda diqqətimizi yalnız buna yönəldirik, nə indiyə qədər baş verənlərə, nə də sonra baş verə biləcəklərə”. Xatırladaq ki, Portuqaliya – Fransa qarşılaşması bu gün saat 23:00-da, Hamburqun “Folksparkştadion" stadionunda baş tutacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
matc.az

1Sources