EN

"Neftçi"nin sabiq baş məşqçisi İran klubu ilə anlaşıb

\"Neftçi\"nin sabiq baş məşqçisi Miodraq Bojoviç İranın \"İstiqlal\" (Xuzistan) klubu ilə anlaşıb.

AZXEBER.COM klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, monteneqrolu mütəxəssisin müqaviləsinin təfərrüatları açıqlanmayıb.

\"İstiqlal\" ötən mövsüm İran çempionatını 14-cü yerdə tamamlayıb.

Qeyd edək ki, 56 yaşlı məşqçi 2023/2024 mövsümündə \"Neftçi\"ni çalışdırıb. Paytaxt klubu onun rəhbərliyi altında mövsümü 5-ci pillədə bitirib və avrokuboklardan kənarda qalıb.
Chosen
69
9
azxeber.com

10Sources