EN

Təqdimata sayılı günlər qalmış Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra-nın yeni fotoları təqdim edilib

     Samsung-un təqdimata hazırlaşan Galaxy Watch 7 və Galaxy Watch Ultra smart saatlarının Çinin TAF adlı tənzimləyici orqanında qeydiyyatdan keçdikləri məlum olub. TAF öz növbəsində bu smart saatların fotolarını və bəzi texniki imkanlarını bölüşüb. Təqdim edilmiş fotolardan da görmək olar ki, Galaxy Watch 7 modeli ənənəvi dairəvi gövdə dizaynını özündə qoruyub saxlayıb, Galaxy Watch Ultra modeli isə kvadrat gövdə daxilinə yerləşdirilmiş dairəvi ekranı əldə edib.     Bununla yanaşı məlumatda qeyd edilib ki, Galaxy Watch 7-nin eSIM dəstəkli versiyası da təqdim olunacaq və üstəlik 417 mAh enerji tutumlu batareyanı əldə edəcək. Galaxy Watch Ultra-ya gəldikdə isə o, 590 mAh enerji tutumlu batareyaya sahib olacaq. Daha öncəki məlumat sızıntılarına inansaq, həm Galaxy Watch 7 həm də Galaxy Watch Ultra Samsung-un Exynos W1000 adlı yeni prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu smart saatların 10 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbirində qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları ilə birlikdə təqdim olunacaqları gözlənilir.

Chosen
120
technote.az

1Sources