EN

Peskov: Putin Britaniya ilə təmaslara açıqdır, lakin London bunun əleyhinədir

Rusiya prezidenti Vladimir Putin Britaniya nümayəndələri ilə dialoqa açıqdır, lakin London Moskva ilə əlaqə saxlamaq istəmir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

"Britaniya təkid edir ki, London və Moskva arasında dialoq davam etməməlidir", - deyə, Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

O, həmçinin bildirib ki, Moskva yeni baş nazirin dövründə Londonla münasibətlərin yaxşılaşacağına inanmır.

Chosen
87
ikisahil.az

1Sources