EN

ABŞ Qırmızı dənizdə husilərin hərbi obyektlərini məhv edib

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə husilərin iki pilotsuzgəmisini (USV) və bir radar stansiyasını məhv edib.

Trend xəbər verir ki, bubarədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) özünün "X" hesabındaxəbər verib.

Qeyd edilir ki, əməliyyat iyulun 4-də həyata keçirilib.

"Bu, USV-lərin və radar məntəqəsinin ABŞ və koalisiya qüvvələri,eləcə də regiondakı ticarət gəmiləri üçün birbaşa təhlükə təşkiledir. Bu tədbirlər naviqasiya azadlığını qorumaq və beynəlxalqsuları daha təhlükəsiz və etibarlı etmək üçün görülüb", -komandanlıqdan bildirilib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail-Həmasqarşıdurmasının başlamasından sonra Yəmənin "Ənsar Allah" üsyançıhərəkatından olan husilər yəhudi dövləti ilə əlaqəli gəmilərə hücumetməyə başlayıblar. Bununla belə, üçüncü ölkələrin ticarət gəmiləridə hücumlara məruz qalır.

Məqalədə:
Chosen
174
az.trend.az

1Sources