EN

Putinlə Orbanın görüşdü 2,5 saat davam edib


Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban arasında Kremldə danışıqlar keçirilib.
Yeniavaz.com
Tass-a istinadən xəbər verir ki, iki lider arasında söhbət 2,5 saatdan çox davam edib.
İki ölkə liderləri arasında müzakirə mövzuları arasında Ukrayna məsələləri də olub.
Rusiya Federasiyası və Macarıstan liderləri arasında danışıqlar hər iki ölkənin Xarici İşlər nazirliklərinin rəhbərlərinin də daxil olduğu nümayəndə heyətlərinin iştirakı ilə baş tutub.
Qeyd edək ki, iyulun 2-də sədrlik edən ölkənin rəhbəri kimi Macarıstanın Baş naziri Kiyevə səfər edib və burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Bildirilir ki, Orban Zelenskiyə Ukraynada atəşkəs üçün şərtlər təklif edib, lakin o, bunları rədd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
1
yeniavaz.com

2Sources