EN

Türkiyə millisinin oyununda “fransız təxribatı?” – “Hər şey onlardan asılıdır”

Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Niderland–Türkiyə qarşılaşmasının hakimlər heyəti dünəndən Almaniyadadır. Matçı idarə edəcək hakimlərin adı açıqlanarkən Berlində baş tutacaq görüşün referisinin fransalı Kleman Türpenin olması vəona həmyerliləri Nikolas Danos və Benjamin Pajesin köməkçi təyin edilməsi diqqət çəkib. Həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə türk coğrafiyasında belə bir narahatlıq var ki, Fransadan olan hakimlər bu qarşılaşmada subyektivliyə yol verə bilər.

Bundan başqa, stadionda qarşıdurma yaşana bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən CBC Sport telekanalınım Proqram direktoru Rüstəm Əfsərli UEFA-nın bu qədər enəcəyini düşünmədiyini qeyd edib.

O, burada xüsusi addım və qərəzin olduğuna inanmadığını bildirib:

“Kleman Türpen yaxşı hakimdir, istər bu Avropa Çempionatında, istərsə də bundan əvvəl keçirilən böyük turnirlərdə oyunları yaxşı idarə edib. Hakimlik səviyyəsinə görə oyuna uyğun adamdır. Fransanın Azərbaycan və Türkiyəyə qərəzli münasibətini hamımız yaxşı bilirik. Lakin bütün dünyanın gözü qarşısında Türkiyəni açıq-aşkar uduzdurmaq üçün UEFA-nın bunu edəcəyinə qəti inanmıram. Daha dəqiq desəm, inanmaq istəmirəm”.

Rüstəm Əfsərli

R.Əfsərli deyib ki, qarşıdurmanın olub-olmaması məsələsi təşkilatçılardan asılıdır:

“Burada hakimin əhəmiyyətli rolu yoxdur. Qarşıdurmanın olub-olmaması təşkilatçıların məsələsidir. Özüm ilk 8 günü Avropa Çempionatında oldum. 5 şəhərdə olduq ki, orada da təşkilatçılıq yaxşı səviyyədə deyildi. Beş stadionda keçirilin birinci oyunlarda iştirak etdim. Məsələyə ən azından mətbuat tərəfdən baxanda doğrudan da təşkilatçılıq bərbad idi. Gecikmələr olurdu, bəzi stadionlarda 1-2 saat içəri daxil ola bilmədik, oyunları izləmək üçün verilən sənədlərdə çətinlik yaranırdı, internetdə problemlər olurdu. Üstəlik, bəzi stadionlarda logistika məsələsi ürəkaçan deyildi. Hətta azarkeşlər orada xeyli gözlədilər, gecə stadionda yatıb qalanlar da oldu. Oyunu izləməyə gələnlər oradan təxmini 2-3 saata çıxdılar. Təşkilatçılıqda boşluqlar var. Ümid edirəm ki, daha ciddi işlər görərlər və hər hansı bir qarşıdurmaya icazə verməzlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
turkustan.az

1Sources