EN

"Yüksəliş" müsabiqəsində yenilik olacaq

"Növbəti mərhələlərdə "Yüksəliş" müsabiqəsinin daha aşağı yaş qruplarını, universitet tələbələrini əhatə etməsi nəzərdə tutulur".

Valyuta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində deyib.

Aşağı yaş qruplarında olimpiadalar və yarışların keçirildiyini bildirən nazir "Yüksəliş" müsabiqəsində bu yeniliyin tətbiqi ilə daha böyük uğurlara imza atıla biləcəyini diqqətə çatdırıb:

"Bu gün Prezident Qarabağ Universitetində yenidənqurma işləri ilə tanış olub. İnanmaq istəyirəm ki, "Yüksəliş" qalibləri arasından da Qarabağ Universitetində dərs demək istəyən, inkişafına töhfə vermək istəyənlər çoxdur. Qarabağ Universiteti Azərbaycan təhsilinə yeni baxışdır. Bu gün xaricdə təhsil üzrə proqrama müraciət edən 800 namizədin 160-ı dünyanın TOP10 universitetinə qəbul olub. Prosesin davamlı olmağını saxlamaq məqsədimizdir".

Chosen
70
5
valyuta.az

6Sources