EN

UEFA AVRO-2024-ün 1/4 finalçısı kimi Türkiyənin əvəzinə Avstriyanın göstərdi


UEFA-nın rəsmi saytının fransız versiyasında AVRO-2024-ün 1/4 finalçısı kimi Türkiyə əvəzinə Avstriya göstərilib. Türkiyəli futbolsevərlərin reaksiyasından sonra saytdakı səhv düzəldilib.

7NEWS.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytında iyulun 6-da şənbə günü oynanılacaq Avropa Futbol Çempionatında (AVRO 2024) 1/4 final matçında Hollandiyanın rəqibi kimi Türkiyə əvəzinə Avstriya göstərilib. UEFA-nın internet saytının fransız versiyasındakı qrafikdə yol verilən səhv xəbərin məzmununda olmayıb. Hollandiyanın rəqibinin Türkiyə olduğu bildirilib. Türkiyəli futbolsevərlərin reaksiyasından sonra UEFA saytdakı səhvi düzəldib.

7NEWS.az
Chosen
129
7news.az

1Sources