EN

Borrell Orbanın Moskvaya səfərinə qarşı çıxdı: “O, Aİ-ni təmsil etmir”

Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Macarıstanın Baş nazirinin Rusiyaya səfəri ilə bağlı təcili bəyanat yayıb
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfəri ilə bağlı təcili bəyanat yayıb. Bu barədəı AYNA xarici mediaya istinadən bildirir.
“Baş nazir Viktor Orbanın Moskvaya səfəri müstəsna olaraq Macarıstan və Rusiya arasında ikitərəfli münasibətlər çərçivəsində baş verir. Macarıstan hazırda 31 dekabr 2024-cü ilə qədər Şuraya sədrlik edən Aİ-nin üzvüdür. Bu, İttifaqın hər hansı xarici təmsilçiliyini nəzərdə tutmur. Baş nazir Orban Aİ Şurasından Moskvaya səfər etmək üçün mandat almayıb. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi ilə bağlı Aİ-nin mövqeyi Avropa Şurasının bir çox qənaətlərində öz əksini tapıb. Bu mövqe Aİ ilə Rusiya Prezidenti Vladimir Putin arasında rəsmi əlaqələri istisna edir. Buna görə də, Macarıstanın Baş naziri Aİ-ni heç bir formada təmsil etmir”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, bu gün Orban Putinlə Ukrayna müharibəsini müzakirə etmək üçün Rusiyaya rəsmi səfər edib.

Chosen
58
ayna.az

1Sources