Bilirsinizmi? Azərbaycan millisinin üzvü karyerasını Polşada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, söhbət Rahil Məmmədovdan gedir. Müdafiəçi “Radomyak”la danışıqları yekunlaşdıraraq 2 illik müqaviləyə imza atıb. Bu məlumatı Polşa mətbuatı yayıb.

Azərbaycanlı futbolçunun yeni klubu son mövsümdə Ekstraklasanı 38 xalla 15-ci pillədə başa vurub.

Qeyd edək ki, Rahil Məmmədov bu ilin yanvarında “LKS Lodz”a keçib. Amma bu komanda aşağı liqaya düşdüyü üçün oradan ayrılıb.