EN

Fransalı deputat Mbappenin cavabını verdi

Fransalı deputat Loran Yakobelli “Real”ın və millinin hücumçusu Kilian Mbappenin siyasi açıqlamalarına cavab verib.



Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı deputat meydançaya çıxıb məşqçilərə məsləhət verməyəcəyini bildirib:



“Mən meydançaya çıxıb məşqçilərə məsləhət verməyəcəm. Hesab edirəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır. Kilian Mbappe hazırda Fransa millisində çıxış edir. O, komandanın formasını geyinməklə, səsindən asılı olmayaraq, bütün fransızların adından çıxış edir”.



Kilian Mbappe ölkəsinin vətəndaşlarını parlament seçkilərinə gəlməyə çağırmışdı. Fransada ölkə parlamentinə seçkilərin 1-ci turu keçirilib və orada hazırkı hökumətin rəqibi olan Marin Le Penin partiyası qalib gəlib.



Fransa yığması bu gün Avropa çempionatında Portuqaliya millisi ilə üz-üzə gələcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərfransa mbappe

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
komanda.az

1Sources