EN

Britaniyanın yeni baş naziri:Kral hökuməti qurmaq mandatını ona verdi

Leyboristlər Partiyasının  lideri Keir Starmer Bukingem sarayında Britaniya kralı III Çarlzla görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Bildirlir ki, seçkilərdə qalib gələn partiyanın rəhbəri rəsmi olaraq Böyük Britaniyanın baş naziri vəzifəsinin icrasına başlayıb. O, kraldan hökumət qurmaq mandatı alıb.

Xatırladaq ki, əvvəlki baş nazir Rişi Sunak partiyasının seçkilərdə böyük məğlubiyyətindən sonra istefa verib. Mühafizəkarlar Partiyası parlamentdə 121 yer qazanıb (250-ni itirib), leyboristlər isə 412 yer qazanıblar (artım 211 yer).

Chosen
19
ikisahil.az

1Sources