EN

Ərdoğan bozqurd işarəsindən danışdı: Fransızlara niyə xoruz geyinirsən deyən var?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın Merih Demiralın cəzası ilə bağlı danışıb.

AzxeberSport Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Avropanı ikiüzlülükdə ittiham edib:

“Almanların köynəyində qartal var deyən varmı? Fransızların formasında xoruz var deyən varmı, niyə xoruz geyinirsən? Orada Merih bu görüntü ilə həyəcanını nümayiş etdirdi. Bunun üzərinə Xarici İşlər Nazirliyimiz alman rəsmilərini çağırdı və buna görə də lazımi addımlar atılır. Bütün məsələ şənbə günü həll ediləcək". 

Qeyd edək ki, Ərdoğan Türkiyə milli komandasını dəstəkləmək üçün Almaniyaya gedəcək və Niderlandla oyunu stadionda izləyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
1
azxebersport.az

2Sources