EN

“Brent” neftinin qiyməti bu il 90 dollaradək yüksələ bilər

Yaxın Şərqdə gərginlik artdıqca ”Brent” markalı etalon neftinin orta qiyməti bu ilin axırınadək bir barel üçün 90 ABŞ dollarınadək yüksələcək.

Xarici mətbuatın verdiyi məlumata görə, bunu “Lipow Oil Associates” konsaltinq sirkətinin (ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşir) rəhbəri Endi Lipou deyib.

Onun fikrincə, Livan və İsrail arasında gərginlik dünya istehsalının təxminən üç faizini təmin edən İrana da təsir edə bilər.

"Bu, neft bazarları üçün narahatlıq doğurur, çünki Körfəz regionunda tədarükün pozulmasına gətirib çıxara bilər. İndidən başlayaraq ilin sonuna qədər artan tələbatla yanaşı, biz “Brent” markalı neftin qiymətinin bir barel üçün 90 dollara qədər yüksələcəyini gözləyirik", - Endi Lipou qeyd edib.

© APA

Chosen
61
1
marja.az

2Sources