EN

Avstraliyalı idmançıya 9-cu olimpiadasına qatılmağa imkan vermədilər

Atçılıq üzrə Avstraliya millisinin Paris-2024 üçün heyətinin açıqlanması böyük əks-səda doğurub. Sport24.az xəbər verir ki, əfsanəvi Ednryu Hoy Fransa paytaxtına gedəcək heyətdən kənarda qalıb.
 
65 yaşlı idmançı özünün 9-cu Olimpiadasına qatılmaq imkanından məhrum olub. Los-Anceles-1984-də ilk dəfə olimpiya həyəcanı yaşayan Hoy son 40 ildə yalnız Pekin-2008 və Rio-2016-nı buraxıb. 8 dəfə böyük idman mərasiminə qatılan jokey bu göstəricidə Avstraliya rekordçusudur. Heyətdən kənar qalmasına üzülən Hoy instaqram paylaşımında "Kitab hələ bağlanmayıb" yazmaqla növbəti Olimpiada arzusuna eyham vurub.
 
Qeyd edək ki, avstraliyalı jokey Olimpiadalarda 3 qızıl, 2 gümüş və 1 bürünc əldə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
sport24.az

1Sources