Bakı, 5 iyul, AZƏRTAC
Luvsannamsrain Oyun-Erdene növbəti dəfə Monqolustanın Baş naziri vəzifəsinə seçilib.
AZƏRTAC xəbər verir ki, Oyun-Erdenenin namizədliyi ölkənin 126 yerlik parlamentində 99 faizdən çox səslə təsdiqlənib.
Qeyd edək ki, o, 2021-ci il yanvarın 27-dən Monqolustanın Baş naziri olub.