EN

"Politico": Makron partiyasının mövqeyinə görə ictimaiyyət qarşısına çıxmır

Fransa prezidenti Emmanuel Makron son iki həftə ərzində yalnız rəsmi tədbirlərdə iştirak edir və demək olar ki, ictimaiyyət qarşısına çıxmır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazıb.

Nəşrin mənbələrinə görə, Makronun rəhbərlik etdiyi "Dirçəliş” partiyası bunda israrlıdır.

"Ona deyiblər ki, kampaniyanı dayandırsın. Məsələ burasında deyil ki, o, özü bizi eşitdi, daha doğrusu, məcbur oldu. Prezident şəxsiyyətinin nə qədər xoşagəlməzliyə səbəb olduğunu qiymətləndirmədi”, - "Dirçəliş” partiyasından olan həmsöhbət bildirib.

"Politico” qeyd edir ki, son həftələrdə bir neçə partiya rəsmisi Emmanuel Makronun seçki kampaniyasında fəal iştirak etməməsi ilə bağlı təkid edib. Nəşrin yazdığına görə, Fransa prezidentinin tərəfdarlarından biri "demakronizasiya”da israr edib və hökumət Makronun imicinin "tükəndiyini” bəyan edib. Bunun fonunda, məsələn, Emmanuel Makronun fotoşəkilləri seçki vərəqələrindən çıxarılıb.

"Politico”nun yazdığı kimi, son bir neçə gündə Fransa prezidenti öz təsirini gücləndirməsi ilə məşqul olub. O, polis və təhlükəsizlik qüvvələri ilə yanaşı, ölkənin ordusunda, donanmasında və hərbi hava qüvvələrində yeni təyinatları açıqlayıb. "Milli birlik” partiyasının rəhbəri Marin Le Pen bu hərəkətləri inzibati çevrilişin təşkili adlandırıb.

Xatırladaq ki, iyunun əvvəlində Avropa Parlamentinə keçirilən seçkilərdə Fransada ifrat sağçı "Milli birlik” partiyası qalib gəlib. Bundan sonra Emmanuel Makron ölkə parlamentinə növbədənkənar seçkilər elan edib. Birinci tur iyunun 30-da başa çatıb və bu turda "Milli birlik” 33,4%, Makronun koalisiyası isə 20,76% səs toplayıb. İkinci tur iyulun 7-nə təyin edilib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
1
qaynarinfo.az

2Sources