EN

Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Kişinyovdan diplomatları qovmaq təhdidinə cavab verib

Moldova vəziyyəti gərginləşdirərsə və daha bir qrup rusiyalı diplomatı ölkədən çıxararsa, Rusiya tərəfi adekvat cavab verməyə hazırdır.

 

Oxu24.com  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin deyib.

 

“Cavab addımlarına gəlincə, siz bilirsiniz ki, bizim bu cür hücumları adekvat cavabsız qoymağımız heç vaxt olmayıb”, - diplomat Kişinyovdan gələn hədələri şərh edərkən deyib.

 

Moldova hakimiyyətinin lazım gələrsə, rus diplomatlarını ölkədən çıxarmağa hazır olması faktını iyulun 5-də Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Mixay Popsoi Deschide.md portalına müsahibəsində bildirib.

 

 Onun sözlərinə görə, Kişinyov rusların ölkənin “milli maraqlarına xələl gətirən” hərəkətlər etdiyini aşkar edərsə, bu tədbirləri görəcək.

 

Bundan əvvəl Moskvadan İrəvan vasitəsilə tranzitlə Kişinyova gələn sərnişinlərin əlavə olaraq yoxlanılacağı, sərnişinlərin siyahısının respublikanın səlahiyyətli orqanlarına təhvil veriləcəyi bildirilirdi.

 

Bundan əvvəl məlum olub ki, Moldova Rusiya Federasiyası ilə viza rejimi tətbiq edə bilər.

 

Nigar

 

Chosen
74
oxu24.com

1Sources