EN

Ronaldo AVRO-2024-də qanunsuz reklama görə cərimələnə bilər

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo AVRO-2024-də qanunsuz reklama görə cərimələnə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Goal” xəbər verir.

Mənbənin məlumatına görə, 39 yaşlı futbolçu fitness məlumatlarının toplanması və təhlili üzrə ixtisaslaşmış WHOOP şirkəti ilə birgə yazı dərc etməklə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qaydalarını pozub. Oyunçu və şirkət "qanunsuz marketinq" yaratmaqda ittiham edilir.

Qeyd edək ki, Portuqaliya yığması turnirin 1/8 finalında Sloveniya yığmasını məğlub edib. 1/4 finalda Portuqaliya Fransa ilə qarşılaşacaq. Qarşılaşma bu gün baş tutacaq və Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.

Aydın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
qaynarinfo.az

1Sources