EN

İrəvanın səfiri dəyişdirməsi ilə bağlı Rusiya XİN-dən AÇIQLAMA

Moskvadakı səfirin dəyişdirilməsi məsələsi Ermənistanın səlahiyyətindədir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə bildirib.

"Konkret ölkəyə səfirin namizədliyi ilə bağlı qərar vermək göndərən dövlətin yurisdiksiyasındadır. Bu halda söhbət Ermənistan rəhbərliyinin Rusiya Federasiyasındakı səfirini dəyişmək niyyətindən gedir", - deyə diplomat qeyd edib.

Qaluzin əlavə edib ki, Rusiya Ermənistanın Moskvadakı hazırkı səfirinin işindən razıdır, o, ikitərəfli münasibətlərə mühüm töhfə verib. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
3
unikal.az

5Sources