EN

Rusiya XİN səfir dəyişikliyinə münasibət bildirdi

Moskvadakı səfirin dəyişdirilməsi məsələsi Ermənistanın səlahiyyətindədir.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Hər hansı bir ölkəyə səfirin namizədliyini müəyyən etmək göndərən dövlətin səlahiyyətindədir. Belə olan halda söhbət Ermənistan rəhbərliyinin Rusiya Federasiyasındakı səfirini dəyişmək niyyətindən gedir”, - deyə o, sualı cavablandırarkən deyib.

Qaluzin qeyd edib ki, Rusiya Ermənistanın Moskvadakı hazırkı səfirinin işindən razıdır, o, ikitərəfli münasibətlərə mühüm töhfə verib.


Telegram kanalımız
Chosen
68
3
yenisabah.az

5Sources