EN

İsrailli nazir Netanyahunu hədələdi: Tək qərar versəniz...

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir baş nazir Benyamin Netanyahunu hədələyib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ben-Qvir Netanyahunun Nazirlər Kabineti ilə məsləhətləşmədən Həmas ilə dolayı məhbus mübadiləsi danışıqlarına İsrail nümayəndə heyətini göndərmək qərarını tənqid edib.

İsrailin müdafiə naziri Yav Qalantın bağlı qapılar arxasında gizli görüşlər keçirdiyini iddia edən Ben-Qvir Netanyahunun kabinetindən bəzək kimi istifadə etdiyini iddia edib.

İclasda çıxış edən Ben-Qvir Netanyahuya müraciət edərək onu hədələyib:
 
\"Baş nazir, sizə deyirəm ki, tək qərar versəniz, bu sizin məsuliyyətinizdir və tək qalacaqsınız\".
 
Mikayıl
Chosen
67
azxeber.com

1Sources