EN

“Sumqayıt”lılar (Qızılca)hamamda nə edir? - FOTOLAR

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Sumqayıt” təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Sportinfo.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Samir Abasovun komandası Ankaranın Qızılcahamam bölgəsində keçirdiyi ilk məşqlə hazırlıq prosesinə start verib.

"Sumqayıt” Ankarada təlim-məşq toplanışında 3 yoxlama oyunu keçirəcək ki, rəqiblərdən ikisinin adı artıq məlumdur.

Komanda iyulun 7-də Rusiya Premyer Liqa təmsilçisi “Orenburq”, 12-də isə Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.

Chosen
152
sportinfo.az

1Sources